Din Üç Təlimin Predmeti Kimi
Dini fanatizm və nifrət dünyanı yandıran oddur və onun şiddətini heç kəs söndürə bilməz. Ancaq İlahi Qüdrətin Əli bəşəriyyəti bu viranedici bəladan qurtara bilər... Həzrət Bəhaullah
Cəmiyyətdə İlahiyyat, Ateizm və Dinşünaslığın Rolu
Dini tədqiq edən təlimlərin mahiyyəti və onların müasir cəmiyyətdə rolunu nəzərdən keçirək. Bu bizə nə üçün lazımdır? Əvvəla, Din - fərdin və insan cəmiyyətinin “daxili” həyatının ayrılmaz hissəsidir və dinsiz cəmiyyətlər əvvəl-axır ağır mənəvi, sosial, iqtisadi, hətta siyasi problemlərlə üzləşməli olurlar; İkinci, Dinin kimin tərəfindən öyrənilməsinin və hansı formada təqdim edilməsinin həm adi vətəndaş, həm də dövlət üçün böyük əhəmiyyəti vardır. Ona görə də Dini tədqiq edib, onu fərdlərə, dövlət və cəmiyyətə təqdim edən təlimlərin üzərində bir qədər ətraflı dayanaq.... Davamı
İlahiyyat
İlahiyyatın (teologiyanın) – məqsədi yalnız bir dinin (məzhəb və ya təriqətin) haqq din və ya “səmavi” din olduğunu, qalan dinlərin haqq olmadığını, yaxud haqq dinin gəlişi ilə öz ilahi (“səmavi”) mahiyyətini itirdiklərini insanlara çatdırmaqdır. Bu zaman “haqq dinin” sonuncu İlahi həqiqət kimi təqdim olunması və Allahdan daha heç bir dinin göndərilməyəcəyinə zəmanət verilməsi ilahiyyatın səciyyəvi cəhətidir.... Davamı
Ateizm
Ateizmin (yun. a-inkar etmək, theos-allah) ideoloqları öz təlimlərini əqli tərəqqinin, elm, mədəniyyət və bütövlükdə insan cəmiyyətinin inkişafının zəruri nəticəsi kimi ortaya çıxmış dünyagörüş, ictimai şüurun forması kimi təqdim edirlər. Bizim irəli sürdüyümüz baxışa görə, ateizm ikili mahiyyətə malikdir. Öncə Ateizm və Din “əkiz qardaşlar” kimi eyni vaxtda yaranmışlar. Ateizm və dinin əsasında Allahın insana verdiyi iradə, Xaliqə “inanmaq” və ya “inanmamaq” azadlığı durur. Başqa sözlə, ateizm və din Allahın insana bəxş etdiyi iradə azadlığının ifadəsi, insanın onun qarşılığında etdiyi seçimdir. Belə görünür ki, insan ona verilmiş... Davamı
Dinşünaslıq
Dünşünaslığa dair ədəbiyyatlarda bu təlimin predmeti haqqında baxışlar fərqlidir. Əksər müasir mənbələrdə (qərb dinşünaslığında) o, dinin yaranma qanunauyğunluğunu inkişaf mərhələlərini və funksiyalarını, onun quruluşunu və müxtəlif komponentlərini, onun çoxcəhətli fenomenlərini, dinin mədəniyyətin müxtəlif sahələri ilə qarşılıqlı əlaqə və təsirini öyrənən təlim kimi qəbul edilir. Bir sıra mənbələrdə isə dinşünaslıq fəlsəfə elmində bir istiqamət kimi götürülür və təbii ki, bu təlim daxilində bölmələr (dinin fəlsəfəsi, dinin sosiologiyası, dinin psixologiyası, dinin fenomologiyası, dinin tarixi) ayırarkən ona bu cəhətdən yanaşılır.... Davamı